Azərbaycan və Surinam

Azərbaycan və Surinam arasında diplomatik münasibətlər 11 fevral 2000-ci ildə qurulmuşdur. 2017-ci ilin 24 avqust tarixində səfir Elxan Poluxov etimadnaməsini Surinam Respublikasının Prezidenti cənab Desire Delano Bouterseyə təqdim etmişdir.

Surinam Respublikasının Maliyyə naziri Gillmore Hoefdraad 15 sentyabr 2017-ci il tarixində Azərbaycana işgüzar səfər etmişdir. Səfər zamanı nazir, Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifov, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovla görüşlər keçirmişdir.  

Surinam Respublikasının Xarici işlər naziri Yldiz Pollack-Beighle Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısı çərçivəsində Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı nazir Yldiz Pollack- Beighle Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovla, Təhsil naziri Ceyhun Bayramovla, Energetika naziri Pərviz Şahbazovla görüşlər keçirmişdir.

İki ölkə arasında 2 sənəd imzalanmışdır.

Arxiv üzrə axtarış